Digər

Azərbaycanda 28 yaşlı həkim qız yoxa çıxdı

Metbuat.az
Azərbaycanda həkim itkin düşüb
Qafqazinfo-

nun əldə etdiyi məlumata görə, martın 16-da, saat 19:30 radələrində Bakı sakini, 1987-ci il təvəllüdlü

Təranə Hacıyeva

həkim işlədiyi Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yerləşən 2 saylı Poliklinikadan özünə məxsus "Mercedes" markalı 10 DL 044 nömrəli avtomobillə çıxaraq naməlum istiqamətdə hərəkət edib. Avtomobil martın 17-də, saat 17:30 radələrində Xətai rayonu, M.Mehdizadə küçəsində saz vəziyyətdə tapılsa da, xanım sürücüdən isə hələ də xəbər yoxdur.



Xətai RPİ 37-ci Polis Bölməsindən həkimin yoxa çıxması ilə bağlı məlumatı Qafqazinfo-ya təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı İstintaq Şöbəsində araşdırma aparılır.



Poliklinikadan Qafqazinfo-ya bildirib ki, həkim 2 həftədir işə çıxmır. Harda olması barədə məlumat yoxdur.



Milli.Az