İdman

Azərbaycan yığmasının baş məşqçisi vəfat etdi

Metbuat.az

Qadın idman gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Yuryeviç Pravdin qəflətən dünyasını dəyişib.  Bu barədə Lent.az-a  Azərbaycan Gimnastika Federasiyasından bildirilib. Baş məşqçi bu gün vəfat edib.

Federasiya A.Yuryeviçin qohumları və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların dərdinə şərik olduğunu bildirir.