Ölkə

Azərbaycan-Xorvatiya Hökumətlərarası Birgə Komissiyanın tərkibi təsdiqlənib

Metbuat.az

Bakı. 15 aprel. REPORT.AZ/ Prezident

İlham Əliyev

Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.


"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:


Komissiyanın həmsədri

Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri.


Komissiyanın üzvləri:

İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini


Xələf Xələfov

- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini


Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini


Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini


Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini


Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini


Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini


Kamil Xasiyev - Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.


Xarici İşlər Nazirliyi

nə isə bu sərəncamın birinci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.