Digər

Azərbaycan-Xorvatiya Birgə Komissiyasının Azərbaycan tərəfindən tərkibi təsdiq edildi

Metbuat.az

Azərbaycan Respublikası Prezidenti

İlham Əliyev

Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.



Milli.Az

AZƏRTAC

-a istinadən sənədi təqdim edir



"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 may tarixli 882 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in icrasını və ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:



1. Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:



Komissiyanın həmsədri



Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri.



Komissiyanın üzvləri:



İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini



Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini



Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini



Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini



Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini



Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini



Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini



Kamil Xasiyev - Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.



2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin".



Milli.Az