Ölkə
Azərbaycan vətəndaşı minaya düşüb
Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan vətəndaşı qoşunların təmas xəttinə yaxın ərazidə minaya düşüb. “Report”un məlumatına görə, Goranboy rayonunun Zeybə kənd sakini 1994-cü il təvəllüdlü Kərimov Nurlan Nüğəddin oğlu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıb.
Goranboy rayon icra başcısının birinci müavini Elçin Cahangirov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, yaralı rayon mərkəzi xəstəxanasına aparılıb. N.Kərimovun sol ayağı amputasiya olunub.