Ölkə

Azərbaycan və Rusiya arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq müzakirə olunub

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

Aprelin 13-də Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Rusiya Federasiyası Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Fövqəladə Hallar Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov ölkədə fövqəladə hallarla mübarizə sahəsində görülən işlər barədə qonaqlara ümumi məlumat verib.


Görüşdə qarşı tərəf Tatarıstan Respublikasında müvafiq sahələr üzrə ixtisaslaşmış müəssisələrin fəaliyyəti barədə geniş məlumatlandırılıb.


Sonra fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.