Dünya

Azərbaycan və İran hərbi sahədə təcrübə mübadiləsi üzrə razılığa gəliblər

Metbuat.az

"İranın müdafiə naziri

Hüseyn Dehqan

ın Bakıya səfəri zamanı Azərbaycan və İran bir çox sahələrdə əməkdaşlığa dair, o cümlədən hərbi-texniki sahədə təcrübə mübadiləsi ilə bağlı razılığa gəliblər".



Bunu

Trend

-ə açıqlamasında İranın Azərbaycandakı səfiri

Möhsün Pakayin

bildirib.



Onun sözlərinə görə, Tehran və Bakı, həmçinin terrorizmə və ekstremizmə qarşı mübarizə, sərhədlərin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər.



Səfir qeyd edib ki, İran və Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı fəallaşdırmaq üçün birgə işçi qrupu yaratmağa razılaşıblar.



Gələcəkdə İrandan Azərbaycana mümkün hərbi texnika tədarükü ilə bağlı suala cavab verən M.Pakayin deyib ki, birgə işçi qrupuna daxil olacaq ekspertlər bu məsələni təhlil edəcək və hər iki tərəfin maraqlarına cavab verən qərar qəbul edəcəklər.



Milli.Az