Ölkə

​Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında görüş keçirilib

Metbuat.az

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycaın müdafiə naziri general-polkovnik

Zakir Həsənov

la Gürcüstanın müdafiə naziri Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.


Bu barədə "Report"a Azərbaycan

Müdafiə Nazirliyi

nin mətbuat xidmətindən məlumat verilib.


Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə iki ölkə arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.


Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.