Digər

Azərbaycan və Avropa İttifaqı qonşuluq siyasətinə dəyişiklikləri müzakirə edəcək

Metbuat.az

Avropa Komissiyasının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı

Yohannes Han

ın bu gün başlayan Bakı səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı qonşuluq siyasətinə dəyişikliklər müzakirə olunacaq.



Trend

-in Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinə istinadən verdiyi məlumata görə, səfər zamanı tərəflər Azərbaycan və Aİ arasındakı əməkdaşlığın inkişafı məsələlərini, mayda Riqada keçirilməsi gözlənilən “Şərq Tərəfdaşlığı” sammitini, Aİ-nin qonşuluq siyasətinə dəyişikliklər mövzusunu müzakirə edəcəklər.



Y.Hanın səfəri aprelin 9-na qədər davam edəcək.



“Şərq Tərəfdaşlığı” Aİ-nin layihəsi olub özündə Azərbaycan, Ukrayna, Moldova, Ermənistan, Gürcüstan və Belarusla inteqrasiya əlaqələrinin inkişafını ehtiva edir.



Milli.Az