Azərbaycan və ABŞ arasında ikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib
Bakı, 8 aprel,
AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan və ABŞ arasında ikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, konfransda ölkələrimiz arasında müdafiə sahəsində həyata keçirilən fəaliyyətlərin gedişatı və ikitərəfli əməkdaşlığın perspektivləri, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2016-cı il uçun İş Planı”nın layihəsi müzakirə edilib.
Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin müvafiq idarə və xidmətlərinin, eləcə də Silahlı Qüvvələrin üç qoşun növünün təmsilçiləri, ABŞ tərəfdən isə Avropa Komandanlığının, ABŞ-ın ölkəmizdəki Hərbi Attaşeliyinin və Hərbi Əməkdaşlıq Ofisinin nümayəndələri iştirak ediblər.