Ölkə

​Azərbaycan səfiri İranla əlaqələrin inkişafının genişləndirilməsindən danışıb

Metbuat.az

"Report" İRİB-ə istinadən xəbr verir ki, bunu Azərbayncanın İrandakı səfiri Cavanşir Axundov İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramazanəli Sübhafərlə görüşündə deyib.


Səfir ölkələr arasında əlaqələrin inkişafından razılıq edib: "İki tərəf arasında imzalanmış əməkdaşlıq sənədlərinin icrası və Astara-Qəzvin dəmiryolunun istifadəyə verilməsi nəticəsində ölkələr və bölgə dövlətləri arasında ticarət əlaqələri genişlənəcək".


Ramazanəli Sübhanifər isə deyib ki, parlamentlərarası dostluq qrupları əlaqələrin inkişafı yolunda duran maneələrin aradan qaldırılmasında təsirli rol oynaya bilər. "İran və Azərbaycanın müsəlman xalqlarının tarixi, mədəni və dini ortaqlıqları ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi üçün möhkəm dayaq sayılır", - o, bildirib.