Ölkə
Azərbaycan Respublikasının orta ümumtəhsil müəssisələrində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin nəzərinə!
Bakı, 8 aprel,
AZƏRTACƏcnəbi və vətəndaşlığı olmayan şəxslər (şagirdlər) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etdikləri zaman qanunvericilikdə (Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 46-cı maddəsi) nəzərdə tutulan digər sənədlərlə yanaşı, orta ümumtəhsil müəssisəsində təhsil almaları barədə arayış da təqdim etməlidirlər.
Bu barədə
AZƏRTAC-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib.
Səhifənin qısa keçidi:
http://www.tqdk.gov.az/~GWY8G