İdman
Azərbaycan qılıncoynadanları Çində keçiriləcək dünya kubok yarışlarında iştirak edəcəklər
Bakı, 13 aprel,
AZƏRTACMayın 2-3-də Çində qılıncoynatma üzrə dünya kubok yarışları keçiriləcək.
Bu barədə
AZƏRTAC-a qılıncoynatmanın sabliya növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Əhmədov məlumat verib.
Onun sözlərinə görə yarışda Azərbaycanı Səbina Mikina, Fatimə İbrahimova , Sevil Bünyatova və Sevinc Bünyatova təmsil edəcəklər.
Qeyd edək ki, turnir milli komandamız üçün ilk Avropa Oyunlarına hazırlıq xarakteri daşıyacaq.