Ölkə

Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib

Metbuat.az

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti

İlham Əliyev

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. “Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:


“Hörmətli Vladimir Vladimiroviç,


Oxot dənizində “Dalniy Vostok” traulerinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.


Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirəm”.