Digər

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gəlib

Metbuat.az

Ər-Riyad, 5 aprel,

AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gəliblər.


Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ər-Riyad hərbi aerodromunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


Sonra Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu.


Dövlətimizin başçısı İlham Əliyevi İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud qarşıladı.


Azərbaycanın və Səudiyyə Ərəbistanın dövlət himnləri səsləndi.


Daha sonra İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi.