Azərbaycan Prezidenti “Bələdiyyə qulluğu haqqında” qanununda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb
Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti
İlham Əliyev“Bələdiyyə qulluğu haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli qanunun tətbiqi haqqında fərman imzalayıb.
"Report" xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsinin səkkizinci hissəsinə uyğun olaraq, müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydasını Prezidentlə razılaşdırmaqla üç ay müddətində müəyyən etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Ədliyyə Nazirliyi
nə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyə qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Müəyyən edilsin ki, “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.