Digər

Azərbaycan Pezidenti ABŞ dövlət katibinin müavinini qəbul edib

Metbuat.az

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Devid Krameri qəbul edib.

Prezidentin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadıləsi aparılıb.