Ölkə

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağına hazırlıq məsələləri müzakirə edilib

Metbuat.az

Bakı, 7 aprel, Pərvanə İmanova,

AZƏRTAC

Aprelin 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və akademiyanın elmi müəssisələrinin Direktorları Şurasının birgə iclası keçirilib.


AZƏRTAC

xəbər verir ki, iclasda AMEA-nın illik ümumi yığıncağına hazırlıq, bu elmi qurumun 70 illiyi ilə əlaqədar nəşrlər, elmi-tədqiqat proqramlarının maliyyələşdirilməsi, tədqiqat işlərinin əlaqələndirilməsi, doktorluq imtahanlarına dair yeni tələblər və digər məsələlər müzakirə edilib.