Ölkə

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçiriləcək

Metbuat.az

Bakı, 3 aprel,

AZƏRTAC

Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin binasında AMEA-nın illik ümumi yığıncağı keçiriləcək.


AMEA-dan

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq. Həmçinin, AMEA-nın vitse-prezidenti vəzifəsinə və bir sıra bölmələrin akademik-katibi vəzifəsinə seçkilər keçiriləcək. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir.


Ümumi yığıncaqda, həmçinin akademiyanın müvafiq elmi bölmələrinin sərgi eksponatları nümayiş olunacaq.


Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, müxtəlif dövlət və ictimai qurumların nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edəcəklər.