Ölkə
Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağına hazırlıqla əlaqədar iclas keçiriləcək
Bakı, 3 aprel,
AZƏRTACAprelin 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası ilə akademiyanın elmi müəssisələrinin Direktorları Şurasının birgə iclası keçiriləcək.
Akademiyadan
AZƏRTAC-a bildiriblər ki, iclasda AMEA-nın illik ümumi yığıncağına hazırlıq, bu elmi qurumun 70 illiyi ilə əlaqədar nəşrlər, elmi-tədqiqat proqramlarının maliyyələşdirilməsi, tədqiqat işlərinin əlaqələndirilməsi, doktorluq imtahanlarına dair yeni tələblər və digər məsələlər müzakirə ediləcək.