Azərbaycan mədənlərinin ağzını açıb...
“Dənizdən neft çıxarmaq çətindir. Məhz buna görə, xarici mütəxəssislərin köməyindən istifadə olunur. Ancaq biz sahilə yaxın hissələrdən özümüz neft çıxara bilərik. Sahilə yaxın yerlərdən axı niyə şərikinə neft çıxarırıq? Buna nə ehtiyac var?”.
ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Sabir Rüstəmxanlı "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" qanun layihəsinin müzarikəsi zamanı deyib. O bildirib ki, Azərbaycanın neft istehsalı sahəsində 25 illik təcrübəsi var:
“Bu müddətdə neft istehsalı ilə bağlı təcrübələrimiz artıra bilərdik. Əgər bu addım siyasi proseslərlə əlaqəlidirsə, o zaman bunu təhlil etmək lazımdır. Bizim xeyir verdiklərimiz sonradan gedib Ermənistanın yanında durur. Azərbaycan mədənlərinin ağzını açıb və sərvətlərini Avropa ölkələri ilə bölüşürük”.
Deputat bildirib ki, ölkənin təbii ehtiyyatları tükənməz deyil və bu hal diqqətdə saxlanılmalıdır: “Axı bu xalq 20 il yaşamayacaq. Xahiş edirəm mənim bu narahatlığımı nəzərə alasınız”.
Mənbə
ANS PRESS