Ölkə
AZƏRTAC
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Azərbaycan ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Tbilisi, 2 aprel,
AZƏRTACTbilisidə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 2-də Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, görüşdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Söhbət zamanı Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşünün, eləcə də qarşılıqlı fikir və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi