Ölkə

Azərbaycan ilə Fransanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələri genişlənir

Metbuat.az

Bakı, 1 aprel, Elvira Məmmədova,

AZƏRTAC

Aprelin 1-də Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərlik etdiyi nümayəndə heyəti Təhsil Nazirliyində olub.


AZƏRTAC

xəbər verir ki, iki ölkənin ali məktəb rektorlarının iştirak etdiyi görüşdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan-Fransa münasibətlərində təhsil sahəsinin xüsusi rolunu vurğulayaraq gələcək əməkdaşlığın inkişafı istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edib.


Strasburq Universitetinin prezidenti Alen Beretz belə görüşlərin Fransa ilə Azərbaycanın təhsil əlaqələrinin inkişafı və birgə əməkdaşlığın daha səmərəli müstəviyə qədəm qoyması baxımından rolunu qeyd edib. Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyən qonaq rəhbərlik etdiyi universitetdə təhsil alan tələbələrin çalışqan və yüksək intellektual potensiala malik olduqlarını vurğulayıb.


Görüşdə hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, müəllim-tələbə mübadiləsinin təşviq edilməsi, ikili diplom proqramlarının təşkili imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.