Ölkə

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 14-də Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Salem Xalifa Mohamed Əl-Ğafli ilə görüşüb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.