Ölkə
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün Tbilisi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov, Gürcüstanın müdafiə naziri Mindia Canelidze və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
Bu barədə “Report”a Azərbaycan
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Görüşdə nazirlər müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlıq fəaliyyətlərini nəzərdən keçirib, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.