Digər
Milli.Az
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri məsləhətləşdilər
Aprelin 2-də Tbilisi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov, Gürcüstanın müdafiə naziri
Mindia Canelidzevə Türkiyə Respublikasının milli müdafiə naziri
İsmət Yılmazarasında üçtərəfli formatda görüş keçirilib. Bu barədə
TrendMüdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Görüşdə nazirlər müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlıq fəaliyyətlərini nəzərdən keçirib, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Milli.Az