İdman
AZƏRTAC
Azərbaycan futbolunun tanınmış nümayəndəsi Çingiz İsmayılovun 80 illik yubileyi qeyd olunub
Bakı, 13 aprel,
AZƏRTACAzərbaycan futbolunun tanınmış nümayəndəsi Çingiz İsmayılovun 80 illik yubileyi qeyd olunub.
AZƏRTAC
xəbər verir ki, tədbirdə AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğlu assosiasiyanın rəhbərliyi və futbol ictimaiyyəti adından yubilyarı təbrik edib, üzərində “Çingiz İsmayılov 80” yazılmış Azərbaycan milli komandasının futbolkasını futbol veteranına təqdim edib.
Qeyd edək ki, Ç.İsmayılov uzun müddət “Neftçi” komandasının heyətində çıxış etmiş, futbolçu karyerasını başa vurduqdan sonra “Neftçi” klubunda və AFFA-da rəhbər vəzifələrdə çalışmış, eləcə də Azərbaycan televiziyası və radiosunda futbol oyunlarını şərh edib.