Digər

Azərbaycan ərazisində arabir güclənən külək əsəcək

Metbuat.az

[ 08 Aprel 2015 13:03 ]


Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir

Bakı. Könül Kamilqızı – APA. Aprelin 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 14-18 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə, bəzi yerlərdə 18 dərəcə isti olacaq.