Ölkə

Azərbaycan ədəbiyyatına həsr olunan monoqrafiyanın təqdimatı keçiriləcək

Metbuat.az

Bakı, 17 aprel,

AZƏRTAC

Aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elektron akt zalında ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” monoqrafiyasının təqdimat mərasimi keçiriləcək.


AMEA-dan

AZƏRTAC

-a bildiriblər ki, nəşrdə XX yüz il ədəbiyyatının mərhələ və problemləri təhlil edilir. Monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.