Ölkə

Azərbaycan Dövlət Neft Akademiyası Fransa universitetləri ilə əlaqələri genişləndirir

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

 


Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərliyi ilə Fransa ali təhsil müəssisələrinin nümayəndə heyəti Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) olub.


AZƏRTAC

xəbər verir ki, görüşdə ADNA-nın rektoru vəzifəsini icra edən professor Vaqif Qurbanov qonaqlara 95 İllik tarixi olan akademiyanın fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. Bildirilib ki, akademiyada yeddi fakültədə 31 ixtisas üzrə bakalavr, 74 ixtisas üzrə magistr təhsili verilir. Akademiyanın nəzdində 18 elmi tədris laboratoriyası, iki elmi-tədqiqat institutu var. 1961-ci ildən isə əcnəbi tələbələr üçün hazırlıq fakültəsi bu ali təhsil ocağında fəaliyyətə başlayıb. Ötən müddətdə minlərlə xarici tələbə ADNA-nın məzunu olub. Akademiya Avropa ölkələrindəki bir çox ali təhsil ocaqları, o cümlədən Fransanın Sofia Antipolis Universiteti ilə əməkdaşlıq edir.


Strasburq Universitetinin prezidenti A.Beretz Fransa universitetlərinin Azərbaycanın ali təhsil müəssisləri ilə əməkdaşlığa hazır olduğunu bildirib.


Daha sonra akademiyadakı muzeydə olan qonaqlar burada xatirə kitabına ürək sözlərini yazıblar.