Azərbaycan Dövlət İqtisad Universiteti ilə London İqtisadiyyat Məktəbi arasında razılaşma memorandumu imzalanıb
Bakı, 3 aprel, Elvira Məmmədova,
AZƏRTACAprelin 3-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu ali təhsil ocağı ilə dünyanın iqtisadyönümlü qabaqcıl ali məktəblərindən olan London İqtisadiyyat Məktəbi (LSE) arasında razılaşma memorandumu imzalanıb.
AZƏRTAC
xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov imzalanan sənədə əsasən tələbələrin ADİU-nun diplomu ilə yanaşı, Avropanın böyük nüfuza malik iqtisadiyyat məktəbinin bakalavr diplomunu da əldə etmək imkanı qazanacaqlarını bildirib.
Tədbirdə, həmçinin London İqtisadiyyat Məktəbinin Dərəcə Proqramının təqdimatı olub.
Sonra ADİU və London İqtisadiyyat Məktəbi arasında razılaşma memorandumu imzalanıb.
Sənədi ADİU-nun rektoru Ə.Muradov və London İqtisadiyyat Məktəbinin təmsilçisi, Oksbric Təhsil Xidmətinin sədri Keyt Şarp imzalayıblar.