Ölkə

Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin mövcud vəziyyəti qiymətləndirilir

Metbuat.az

Bakı, 8 aprel,

AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin mövcud vəziyyətinin qiymətləndirilməsi, onun keyfiyyətinin artırılması məqsədilə genişmiqyaslı tədbirlərə start verilib.


Universitetdən

AZƏRTAC

-a bildiriblər ki, bununla əlaqədar olaraq universitetin 20 nəfərdən ibarət tədrisə nəzarət və monitorinq komissiyasının üzvlərinin, habelə kifayət qədər pedaqoji təcrübəyə malik müəllimlərin iştirakı ilə dərslərin monitorinqi aparılır. Komissiya üzvləri və müəllimlər ayrı-ayrı fakültələrdə seçmə üsulu ilə dərslərdə iştirak edirlər. Dərslər yekunlaşdıqdan sonra dekanların, kafedra müdirlərinin və tədris aparan müəllimlərin iştirakı ilə müzakirələr keçirilir, üstünlüklər və çatışmayan cəhətlər hərtərəfli təhlil olunur, tövsiyə və tapşırıqlar verilir.


Monitorinq hər gün bir fakültədə aparılmaqla tədris ilinin sonuna kimi davam etdiriləcək. Dərslər elmi, metodiki və pedaqoji aspektlərdən qiymətləndirilir.