Ölkə

Azərbaycan Dillər Universitetində TEC-in illik konfransı başa çatıb

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının tələbə elmi cəmiyyətinin (TEC) illik konfransı aprelin 16-da işini başa çatdırıb.


Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilib.


AZƏRTAC

xəbər verir ki, konfransın yekun iclasında ADU-da gənclərin elmə marağının artırılması istiqamətində görülmüş işlərdən söhbət açılıb və bölmə rəhbərlərinin hesabatları dinlənilib.


Üç gün davam edən konfransın bölmə iclaslarında tələbələrin 800-dən çox elmi məruzəsi dinlənilib, müzakirələr aparılıb.


Sonda fərqlənən tələbələrə mükafatlar təqdim olunub.