Digər

Azərbaycan Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi saxlanılıb

Metbuat.az

[ 02 Aprel 2015 11:27 ]



Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş rəisi tutulub. APA-nın məlumatına görə, 20 il axtarışda olan Nizami Musayev Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.  

DİN-nin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, N.Musayev 1992-ci ildə Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin (hazırda həmin idarə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi adlanır) rəisi vəzifəsində çalışıb.

N.Musayev həmçinin tanınmış aktyordur.