Digər

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulub

Metbuat.az

[ 14 Aprel 2015 14:23 ]



Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında Azərbaycanın daha bir beynəlxalq konvensiyaya qoşulmasına qərar verilib. APA-nın məlumatına görə, Azərbaycan Respublikası 1999-cu il 3 iyun tarixli Vilnüs Protokolu ilə dəyişikliklər edilmiş 1980-ci il 9 may tarixli "Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiya”ya (KOTİF) müvafiq qeyd-şərt və bəyanatlarla qoşulub.