Ölkə

Azərbaycan alimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edəcək

Metbuat.az

Bakı, 18 aprel,

AZƏRTAC

Mayın 6-dan 8-dək Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetində “Türk-erməni münasibətləri və böyük güclər” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək.


AZƏRTAC

xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Solmaz Rüstəmova-Tohidi “1918-ci ildə Azərbaycanda türk-müsəlman qırğınlarında erməni və bolşevik-rus faktoru” mövzusunda məruzə ilə çıxış edəcək.