Ölkə

Azərbaycan alimi Rumıniyada beynəlxalq tədbirdə iştirak edir

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

Rumıniyanın Sinaia şəhərində “Üzvi kənd təsərrüfatı - indi və gələcək “ mövzusunda beynəlxalq konfrans keçirilir.


Buxarest Biomühəndislik, Biotexnologiya və Ətraf Mühit Elmi-Tədqiqat İnstitutu və Bolqarıstanın Xəzər Dənizi Mərkəzi Asiya İpək Cəmiyyətnin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dünyanın ipəkçiliklə məşğul olan aparıcı dövlətlərindən Azərbaycan, Türkiyə, Çin, Yaponiya, Rusiya, Özbəkistan və digər ölkələrdən alim və mütəxəssislər iştirak edirlər.


Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzindən

AZƏRTAC

-a bildiriblər ki, beynəlxalq tədbirdə bu elm müəssisəsinin direktoru, dosent Yusif Şükürlünün “Tut ipəkqurdunun cinsinin idarə olunması” mövzusunda məruzəsi dinlənilib.


Azərbaycan aliminin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.


Konfrans aprelin 24-dək davam edəcək.