Ölkə

Azərbaycan alimi Fransada beynəlxalq tədbirdə iştirak edib

Metbuat.az

Bakı, 21 aprel,

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Anar Rəhimov Fransanın Marsel şəhərindəki Beynəlxaq Riyaziyyat Tədbirləri Mərkəzində keçirilən “Tərs məsələlər üzrə yay məktəbi”ndə iştirak edib.


İnstitutdan

AZƏRTAC

- a bildiriblər ki, doktorant və gənc tədqiqatçılar üçün təşkil olunan yay məktəbinə müxtəlif ölkələrdən 52 iştirakçı qatılıb.


Yay məktəbi müddətində tərs məsələlərə aid üç kurs və əlavə olaraq beş icmal mühazirə təşkil olunub.


Kurslarda tərs məsələlər sahəsində tanınmış alimlər icmal mühazirələrində bu sahənin müasir məsələləri və gələcək perspektivləri barədə geniş məlumat veriblər.