Azad Rəhimov: "Avropa Oyunları üçün nəzərdə tutulan bütün qurğular aprelin sonlarınadək istifadəyə veriləcək"
Nazir I Avropa Oyunlarının Azərbaycanın tarixində böyük bir hadisə, olimpiada və futbol üzrə dünya çempionatından sonra 3-cü mötəbər yarış olduğunu söyləyib: "Dəfələrlə Prezident
İlham Əliyevvurğulayıb ki, qitəmiqyaslı yarış olmasına baxmayaraq, Avropa Oyunlarını dünya səviyyəsində keçirməliyik. 2 il ərzində çox böyük işlər həyata keçirilib. Görürüsünüz ki, Bakının siması necə dəyişilib. Yollar, binaların fasadları dəyişib, idman qurğuları, yeni hava limanı tikilib. Stend atıcılığı mərkəzi qurulub ki, bunun bəlkə də dünyada analoqu yoxdur. Aprelin sonlarınadək bütün qurğular istifadəyə veriləcək".
A.Rəhimov Oyunlarda qonaqlara kömək edəcək könüllülərdən də danışıb. Onun sözlərinə görə, "Bakı 2015"də 17-18 min könüllü olacaq və onların 5 mini Açılış və Bağlanış mərasimlərində iştirak edəcək: "Yeni tamaşaçı proqramı həyata keçirilir. Burada əsas məqsəd Bakı sakinlərini idman zallarına dəvət etməkdir".
Nazir Oyunlar zamanı ən önəmli məqsədin medal qazanmaq olduğunu deyib. O, Prezident İlham Əliyevin idmançılara göstərdiyi dəstəyi nəticəsində "Bakı 2015"də çıxış edəcək Azərbaycan idmançılarının uğur qazanmalı olduqlarını qeyd edib. A.Rəhimov doğma divarların, tamaşaçıların idmançılara bu yöndə kömək edəcəklərini bildirib.