Digər
Milli.Az
Avtomobil yol ayrıcına çırpıldı: 1 nəfər öldü, yaralının vəziyyəti ağırdır
Sabirabadda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
Rayon Polis Şöbəsindən
APA-ya verilən məlumata görə, hadisə aprelin 19-da saat 17 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib.
Şəhriyar kənd sakini, 1993-cü il təvəllüdlü
Həsən Nazim oğlu Həsənovidarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə sürücü və sərnişini - Şəhriyar kənd sakini, 1968-ci il təvəllüdlü
Asif Sahibxan oğlu İsayevxəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq, Asif İsayev xəstəxanada dünyasını dəyişib.
Həkimlər reanimasiya şöbəsinə yerləşdirilmiş H. Həsənovun vəziyyətini ağır qiymətləndirirlər.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Milli.Az