Digər

Avtomobil ağaca çırpılıb, iki gənc yaralanıb

Metbuat.az

Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Samuxda avtomobil ağaca çırpılıb, 2 nəfər ağır yaralanıb.



Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Samux rayonundan 2 ağır yaralı xəstəxanaya gətirilib. Yaralılar rayonun Qarabağlılar kənd sakinləri, 26 yaşlı

Rüstəm Allahverdiyev

və 24 yaşlı

Elnur Həsənov

dur. Həkimlərin sözlərinə görə, yaralılardan Rüstəm Allahverdiyevin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.



Faktla bağlı araşdırma aparılır.



Milli.Az