Digər
Milli.Az
Avtobusla minik avtomobili toqquşub, yaralananlar var
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sərnişin avtobusu ilə minik maşını toqquşub.
Milli.Az
APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində yolun 120-ci kilometrliyində, Şamaxı Olimpiya İdman Kompleksinin qarşısında baş verib.
90-ZT-013 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 56-AZ-261 dövlət nömrə nişanlı “İSUZU” markalı sərnişin avtobusu ilə toqquşub. Hadisə zamanı avtobusun sürücüsü, Şamaxı sakini, 1959-cu il təvəllüdlü
Kərimov Vidadi Ömür oğluvə “Mercedes”in sərnişini, Bakı sakini, 1963-cü il təvəllüdlü
Xasıyev Eldar Musa oğlumüxtəlif dərəcəli bədən xəsarətlər alıblar. Onlar Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Milli.Az