Dünya

Avstriya prezidenti “erməni soyqırımı”nın 100-cü ildönümündə iştirak etməyəcək

Metbuat.az

Vyana, 17 aprel,

AZƏRTAC

Avstriyanın Federal Prezidenti Haynts Fişer aprelin 24-də “erməni soyqırımı”nın 100-cü ildönümü münasibətilə Yerevanda keçiriləcək yubiley tədbirlərində iştirak etməyəcək. Bu məlumatı Avstriya Mətbuat Agentliyinin (APA) sorğusu əsasında Avstriya Prezidentinin Administrasiyasından veriblər.


Məlumatda, həmçinin bildirilib ki, Avstriya dövlətini tədbirdə qərargahı Vyanada yerləşən Ermənistan üzrə səfir Alois Kraut təmsil edəcəkdir.


Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana