Dünya

Avstriya parlamenti də qondarma "erməni soyqırımı"nı tanıdı

Metbuat.az

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Avstriya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb.

Trend-in Qərb mətbuatına istinadən verdiyi məlumata görə, bu gün qəbul olunan qətnamədə avstriyalı deputatlar Türkiyəni uydurma "soyqırım"ı tanımağa çağırıblar.

Avstriya parlamentinin bəyanatında bildirilir: “Ankara qaranlıq keçmişə aydınlıq gətirməli və etiraf etməlidir ki, Osmanlı İmperiyasının ermənilərə qarşı cinayətləri soyqırımı olub”.

Sənədi parlamentə daxil olan altı fraksiyanın nümayəndələri imzalayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az