İdman

Avropanın yaşıl meydanlarında bir sıra maraqlı oyunlar keçirilib

Metbuat.az

Bakı, 5 aprel, Əsəd Məmmədov,

AZƏRTAC

Avropanın yaşıl meydanlarında bir sıra maraqlı oyunlar keçirilib. Günün ən maraqla gözlənilən qarşılaşmalarından biri Almaniya Bundesliqasının XXVII turu çərçivəsində baş tutub. Dortmund “Borussiya”sı lider “Bavariya” ilə qarşılaşıb. Qarşılaşmanın 36-cı dəqiqəsində Levandovskinin vurduğu qolla “Bavariya” minimal hesablı qələbə qazanıb.


Daha bir minimal hesablı qələbə isə İtaliya A seriyasının XXIX turunda, “Roma” – “Napoli” oyununda qeydə alınıb. M. Pyaniçin oyunun 25-ci dəqiqəsində vurduğu qol yeganə olub və Roma klubu rəqibini 1-0 hesabı ilə məğlub edib.


Futbol azarkeşlərinin maraqla gözlədiyi qarşılaşmalardan biri isə İngiltərə Premyer Liqasının XXXI turu çərçivəsində keçirilib. “Arsenal” və “Liverpul” klublarının mübarizəsində meydan sahibləri 4-1 hesabı ilə üstün olublar.