İdman

Avropa və dünya çempionu: "Ermənistan millisini çalışdırmağı xəyal edirəm"

Metbuat.az

Fransa millisinin heyətində Avropa və dünya çempionu olan Yuriy Corkaeff maraqlı açıqlamalar verib.

Metbuat.az-ın xəbərinə görə, News.am-a müsahibə verən məşhur futbolçu Ermənistan yığmasını çalışdırmaq istədiyini etiraf edib:

"Əslən erməniyəm. Valideynlərim Fransada doğulsa da, babam və nənəm Ermənistandandı. Lionda böyümüşəm, orda erməni diasporası var.

Erməni mühitində böyümüşəm. Erməni fəlsəfəsinə uyğun tərbiyə almışam. Damarlarımda erməni qanı axdığı üçün özümlə fəxr edirəm.

Mən də bir gün Ermənistan millisini çalışdırmağı xəyal edirəm. Ancaq bu, mənim əlimdə deyil. Əgər mənə Ermənistan millisini çalışdırmaqla bağlı təklif gəlsə, bu haqda ciddi şəkildə düşünərdim".