Ölkə

Avropa İttifaqının Bakı ofisinin rәhbәri: “Qarabağ münaqişəsi ilə bağlı mövcud “status-kvo” bizim üçün qәbuledilmәzdir”

Metbuat.az

[ 01 Aprel 2015 12:17 ]


Bakı. Mәlahәt Nәcәfova - APA. 1999-cu ildә Azәrbaycanla Avropa İttifaqı arasında tәrәfdaşlıq vә әmәkdaşlıq haqqında sәnәd imzalanıb. Həmin sənəddə Azәrbaycanın әrazi bütövlüyü vә suverenliyi dəstəklənib".

APA-nın mәlumatına görә, bunu Avropa İttifaqının Bakı ofisinin rәhbәri Malena Mard deyib.

Onun sözlәrinә görә, Avropa İttifaqı ATƏT-in Minsk qrupu hәmsәdrlәrinin nizamlanma prosesindəki sәylәrini dәstәklәyir: "Biz uzun müddәt etimadın qurulması üçün edə biləcəyimiz yardımla bağlı danışıqlar aparmışıq".
 

Diplomat qeyd edib ki, Avropa İttifaqı әrazi bütövlüyü vә tәhlükәsizlik mәsәlәlәrinә xüsusi diqqәt yetirir: "Bizim üçün də “status-kvo” qәbuledilmәzdir. Ötәn il prezidentlәr 3 dәfә görüşüblər. Yüksәk sәviyyәli görüşlәrin keçirilməsi yaxşı haldır. Avropa İttifaqının Cәnubi Qafqaz üzrә xüsusi nümayәndәsi var. O, hәmsәdrlәrlә daim tәmasda olur".