İdman

Avropa futbol klublarının yeni reytinq cədvəlində Azərbaycanın 7 komandası yer alıb

Metbuat.az


Bakı, 20 aprel,

AZƏRTAC

UEFA futbol klublarının yeni reytinq cədvəlini açıqlayıb.


AZƏRTAC

xəbər verir ki, 454 klubun yer aldığı siyahıda Azərbaycan 7 komanda ilə təmsil olunub.


Klublarımızın mövqeyində dəyişiklik olmayıb. Ən yaxşı göstərici yenə “Qarabağ”a məxsusdur. Baş məşqçi Qurban Qurbanovun yetirmələri 151-ci pillədə qərarlaşıblar.


“Neftçi” 181, “İnter" 269, “Xəzər-Lənkəran” 296, “Bakı” 331, “Qəbələ” 358, AZAL isə 359-cu pillədə yer alıb.


Reytinq cədvəlinə “Real” (Madrid) komandası liderlik edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü pillədə qərarlaşıb.