İdman

Avropa atletika qurumunun yeni prezidenti seçilib

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

Avropa atletika qurumunun yeni prezidenti seçilib.


AZƏRTAC

“Bakı-2015”in saytına istinadla xəbər verir ki, norveçli Sveyn Arne Hansen Sloveniyanın Beld şəhərində keçirilmiş Avropa atletika konqresində bu quruma üzv 50 federasiyadan 26-sının səsini toplayaraq prezident seçilib. O, seçkilərdə fransalı Jan Qrasianı (19 səs) və Finlaniyadan olan Antti Pihlakoskini (5 səs) geridə qoyub.


Qurumun vitse-prezidentləri isə fransalı Jan Qrasia, bolqaristanlı Dobrimir Karamarinov və almaniyali Frank Hensel olublar.


Avropa atletikasının sabiq prezidenti Hansjörq Virtz bu quruma 1999-cu ildən sədrlik edib. O, hazırda qurumun fəxri prezidentidir. H.Virtz 2011-ci ildə keçirilən seçkilərdə cüzi səs çoxluğu ilə S.A.Hansenə qalib gəlmişdi.