Dünya

Aviadispetçerlər tətilə başladı

Metbuat.az

Fransada aviadispetçerlər 48 saatlıq tətil elan ediblər. "BBC" telekanalının məlumatına görə, aviadispetçerlər təqaüd yaşının artırılmasına və əmək şəraitinə qarşı etiraz edirlər.



Ölkənin ən böyük həmkarlar ittifaqı tərəfindən təşkil edilmiş tətil hava limanlarında reyslərin qrafikinə ciddi təsir edə bilər. Fransa Mülki Aviasiya İdarəsi artıq aviaşirkətlərə bu günlərdə beynəlxalq reyslərin yarısını təxirə salmağı tövsiyə edib.



Aprelin sonunadək Fransada aviadispetçerlərin həmkarlar ittifaqı daha 7 gün də tətil elan etməyi planlaşdırır.

Mənbə
BBC